[b]“Finala çıxacağıma əminəm” – iranlı boksçu[/b]
15.05.2017 - 13:17
[b]“Finala çıxacağıma əminəm” – iranlı boksçu[/b]

“Mən də azərbaycanlıyam. Tehranda doğulsam da, atam Azərbaycandandı”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə İran yığmasının üzvü Omid Əhmədisafa deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 49 kq çəki dərəcəsində yarışan Əhmədisafa 1/4 finalda azərbaycanlı Rüfət Hüseynovla qarşılaşıb. İdmançımız üzərində 4:1 hesablı qələbə qazanan Omid yarımfinala adlayıb.

 

O, Hüseynovla döyüş haqda bunları söyləyib: “Rüfət çox güclü idi. Texniki döyüş taktikaları da yaxşı idi. Buna baxmayaraq, mən qalib gəldim. Rüfətlə əvvəl də qarşılaşmışdım və onu o vaxt da məğlub etmişdim. Mən finala çıxacağıma əminəm”.

0