[b]Yığmamızı Azərbaycan prezidenti mükafatlandırdı[/b]
15.05.2017 - 17:22
[b]Yığmamızı Azərbaycan prezidenti mükafatlandırdı[/b]

IV İslam Həmrəyliyi Oyunlarında kişilərin cüdo üzrə komanda yarışında birinci olan Azərbaycan yığması mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, millimizin üzvlərinə qızıl medalları ölkə başçısı İlham Əliyev təqdim edib.

 

Milli Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, ikinci yeri tutan Əlcəzair və bürünc mükafatçı Türkiyə cüdoçularının da boynundan medal asıb.

 

Daha sonra dövlət himninin sədaları altında bayrağımız dalğalanıb.

 

0