Maradona Rusiya və Qazaxıstandan təklif alıbmış
15.05.2017 - 20:30
Maradona Rusiya və Qazaxıstandan təklif alıbmış

Bir müddət əvvəl BƏƏ-nin “Əl-Fucayra” komandası ilə anlaşan Dieqo Maradona maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, canlı əfsanə ərəblərdən öncə bir çox digər ölkələrdən də təkliflər aldığını deyib.

 

“Mən Qazaxıstan, Rusiya və bir neçə digər ölkədən təkliflər almışdım, ancaq indi fikrim tamamilə “Əl-Fucayra”ya bağlıdır. Çox dözümlü və ciddi işləyəcəm. Daha əvvəl də demişdim, BƏƏ-də yaşamaq çox xoşuma gəlir, bura dünyanın ən gözəl yeridir” – deyə Maradona bildirib.

 

Qeyd edək ki, sonuncu dəfə 2011/12 mövsümündə BƏƏ-nin “Əl-Vəsl” komandasında işləmiş Maradona 5 il sonra yenidən iş başında olacaq.

0