[b]İslamiada: Ardıcıl üçüncü qələbə - YENİLƏNİB[/b]
16.05.2017 - 20:16
[b]İslamiada: Ardıcıl üçüncü qələbə - YENİLƏNİB[/b]

IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçular arasında III turun daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, "Bakı Kristal Zal"da baş tutan matçda Azərbaycan millisi yarışa sonradan qoşulan Fələstin yığması ilə qarşılaşıb. 

 

İlk iki qarşılaşmada qalib gələn Fərid Cəlalovun yetirmələri üçüncü oyunlarını da qələbə ilə başa vurublar. Birinci hissəni 11 top irəlidə bitirən komandamız ikinci seti 25:17 hesabı ilə aktivinə yazıb. Üçüncü hissə isə sonuncu olub. Yığmamız bu dəfə rəqibini 25:12 hesabı ilə məğlub edib. 

 

Fərid Cəlalovun komandası son oyununda Türkmənistan millisi ilə üz-üzə gələcək. Voleybolçularımıza yarımfinala yüksəlmək üçün 2 setdə qələbə də kifayət edəcək. 

 

İslam Həmrəylik Oyunları

Voleybol, kişilər

III tur

A qrupu

Fələstin – Azərbaycan - 0:3 (14:25, 17:25, 12:25)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

 

“Bakı Kristan Zal”

 

N

Komandalar

O

Q

M

S/F

X/F

X

1

Azərbaycan

3

3

0

9-2

253-213

8

2

Türkiyə

3

2

1

8-5

297-260

6

3

Türkmənistan

2

1

1

3-3

130-117

3

4

Pakistan

2

0

2

2-6

163-186

1

5

Fələstin

2

0

2

0-6

83-150

0

0