[b]Zaur Svanazde gedir, Nazim Süleymanov gəlir[/b]
16.05.2017 - 17:52
[b]Zaur Svanazde gedir, Nazim Süleymanov gəlir[/b]

Azərbaycan Beynəlxalq Bankının sponsorluqdan imtina etməsindən sonra AFFA-nın himayəsi altına keçən “İnter”in baş məşqçi postunda dəyişiklik olacaq. Apasport.az yeniçağ.az saytına istinadən xəbər verir ki, sabiq “bankirlər”in baş məşqçisi Zaur Svanadze tutduğu postdan göndərilir.

 

Gürcü çalışdırıcının komandadan qovulmasından sonra boş qalan məşqçi postuna isə Nazim Süleymanov gətiriləcək. Bakılılar Avropa Liqasına məhz Süleymanovun rəhbərliyi altında yollanacaq.


Qeyd edək ki, Nazim Süleymanov son olaraq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çalışıb. Təcrübəli mütəxəssis U-19-dan əvvəl “Neftçi”nin “sükanı arxası”nda idi.

 

Svanazde apasport.az saytına açıqlamasında bundan xəbərsiz olduğunu bildirib: “Müqaviləm iyulun 1-də başa çatacaq. Amma işimi davam etdirməklə bağlı rəhbərliklə şifahi razılaşmamız olub. Gələn həftə Bakıya gəlib, işlərimi davam etdirəcəyəm”.
 

“İnter”in icraçı direktoru Rəmiş Malıyev isə apasport.az saytının əməkdaşı ilə söhbətində məlumatın yanlış olduğunu vurğulayıb: “Boş şeydi. Düzgün xəbər deyil”. 

0