[b]İslamiada: Üzgüçümüzdən üçüncü “qızıl”[/b]
16.05.2017 - 18:11
[b]İslamiada: Üzgüçümüzdən üçüncü “qızıl”[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən üzgüçülük üzrə Azərbaycan millisi daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, Maksim Şemberev yarışda üçüncü qızıl mükafatını əldə edib.

 

Sərbəst üsulla 1500 metr məsafəyə və kompleks üzgüçülükdə hamıdan sürətli üzən təmsilçimiz bu dəfə batterflyayda fərqlənib. O, 200 metr məsafəni hamıdan tez qət edib. 1:57.72 nəticə göstərən idmançımız ən yaxın izləyicisi Kaan Özcanı 2.08 saniyə qabaqlayıb.

 

Bürünc medalı isə Türkiyənin digər üzgüçüsü Samet Alkan qazanıb.

0