[b]Türkiyə millisi onu itirə bilər - FOTO[/b]
16.05.2017 - 19:04
[b]Türkiyə millisi onu itirə bilər - FOTO[/b]

Bu mövsüm “Hoffenhaym” forması ilə uğurlu mövsüm keçirən Kərəm Dəmirbay uğrunda mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, türk əsilli oyunçunun Almaniya, yoxsa Türkiyə millisinin formasını geyinəcəyi maraqla gözlənilir.

 

Fatih Terimin israrla “ay-ulduzlu” formanı geydirmək istədiyi 23 yaşlı futbolçunun xidmətində Yahim Löv də maraqlıdır.

 

Almaniya mətbuatında yer alan məlumatlarda “bundestim”in Kərəmi Konfederasiyalar Kubokunda heyətə cəlb edəcəyi bildirilib.

 

Xəbərdə Dəmirbayın sadəcə alman vətəndaşlığı olduğu, Türkiyə pasportu olmadan əsas millinin formasını geyinə bilməyəcəyi də vurğulanıb.

 

Qeyd edək ki, geridə qalan mövsümdə “Hoffenhaym” forması ilə 27 oyun keçirən yarımmüdafiəçi 6 qola imza ataraq 9 da məhsuldar ötürmə ilə yadda qalıb. 

0