[b]“Həyəcan keçirmədim və qalib gəldim” – Kamran Şahsuvarlı [/b]
16.05.2017 - 20:00
[b]“Həyəcan keçirmədim və qalib gəldim” – Kamran Şahsuvarlı [/b]

“Rəqibimlə ilk dəfə idi ki, döyüşürdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks millimizin üzvü Kamran Şahsuvarlı deyib.

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ¼ finalda türkiyəli İhsan Ərdoğanla qarşılaşan idmançımız rəqibindən güclü olub. 5:0 hesabı ilə qalib gələn Şahsuvarlı adını yarımfinala yazdırıb.

 

Qələbə sevincini bölüşən Kamran hədəfinin qızıl medal qazanmaq olduğunu bildirib: “Çətin döyüş oldu. Buna baxmayaraq, həyəcan keçirmədim. Güclü olduğum üçün qalib gəldim. İnşallah, qızıl medalı da qazanaram”. 

0