[b]İslamiada: Atletimiz finişə 2-ci çatdı[/b]
17.05.2017 - 17:20
[b]İslamiada: Atletimiz finişə 2-ci çatdı[/b]

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında 85-ci medalı qazanıb. Apasport.az saytının məlumatına görə, millimiz bu dəfə gümüş mükafat əldə edib.

 

Belə ki, atletimiz Rahib Məmmədov 110 metr məsafəyə sədlərlə qaçışda finişə ikinci çatıb. Bunun üçün ona 14.18 saniyə kifayət edib. Ahmed Almuvallad (Səudiyyə Ərəbistanı) yarışı birinci yerdə (13.68) başa vurub. İraqlı Mohammed Sad Əl-Xfayi isə (14.20) bürünc medal qazanıb.

 

Qeyd edək ki, hazırda yığmamızın aktivində 43 qızıl, 26 gümüş, 16 bürünc medal var.

0