[b]Millimiz İslamiada ənənəsinə sadiq qaldı[/b]
18.05.2017 - 16:14
[b]Millimiz İslamiada ənənəsinə sadiq qaldı[/b]

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının ənənəsini davam etdirib. Apasport.az saytının məlumatına görə, yığmamız buna yarımfinalda Əlcəzairi yenməklə nail olub.

 

Yaşar Vahabzadənin yetirmələri 2:0 hesablı qələbə ilə finala vəsiqə qazanıb. Bununla, meydan sahibləri uğurlu ənənəsinə sadiq qalıb.

 

Belə ki, İslamiadanın tarixində meydan sahibi olan bütün komandalar futbol turnirində yarımfinalı keçə bilib. 2005-ci ildə Səudiyyə Ərəbistanı doğma divarlar arasında çempionluq yaşayıb. Yarımada təmsilçisi finalda Mərakeşdən üstün olub – 1:0.

 

2013-cü ildə İndoneziya evdə təşkil edilən yarışda finaladək irəliləyib. Lakin onlar Mərakeş önündə aciz qalıb – 1:2.

 

Meydan amilindən yararlanıb həlledici qarşılaşmayadək irəliləyən 3-cü komanda isə Azərbaycan yığması oldu. Futbolçularımız ən azı gümüşü təmin edib. Amma bu dəfə Mərakeş ola bilməz. Çünki bu Afrika ölkəsi elə yığmamızla birlikdə çıxış etdiyi qrupdan çıxmağı bacarmayıb. Millimizin rəqibi isə Kamerunla Oman arasında görüşdə müəyyənləşəcək.

0