[b]İslamiada: Qızıl medalçıya mükafatı ölkə başçısı verdi[/b]
18.05.2017 - 19:27
[b]İslamiada: Qızıl medalçıya mükafatı ölkə başçısı verdi[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi yarışlarında mükafatçılar müəyyənləşir. Apasport.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində qızıl medal Azərbaycan idmançısı Kamran Məmmədova qismət olub.

 

Finalda Qırğızıstan təmsilçisi Janat Kyilbayevə 9:0 hesabı ilə qalib gələn həmyerlimiz İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb.

 

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Məmmədova qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb. 

 

 

0