[b]“Azərbaycanın himni səslənəndə...” - Məhəmmədrəsul Məcidov[/b]
18.05.2017 - 20:57
[b]“Azərbaycanın himni səslənəndə...” - Məhəmmədrəsul Məcidov[/b]

“Ölkə prezidentinə və hökumət rəhbərliyinə, məşqçilərimə təşəkkür edirəm ki, bizə belə dəstək oldular”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov deyib.

 

Dünya və Avropa çempionu IV İslam Həmrəyliyi Oyunlarını da uğurla başa vurub. +91 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı boksçu finalda Manaf Asaadı (Suriya) məğlub edərək, qızıl medala yiyələnib.

 

Məcidov qələbəni atasına həsr etdiyini vurğulayıb: “Azarkeşlərə təşəkkür edirəm ki, bizə belə dəstək oldular. Qızıl medalı alanda və Azərbaycanın himni səslənəndə ürəyim qürur və fərəh hissi ilə doldu. Qələbəni atama həsr edirəm. Avropa çempionatına hazırlaşacağam. Orda da yüksək səviyyədə çıxış etmək istəyirəm”.

 

0