[b]Çempion mükafatı federasiya prezidentindən aldı[/b]
18.05.2017 - 21:39
[b]Çempion mükafatı federasiya prezidentindən aldı[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 87 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Ramin Əzizov yarışı qızıl medalla başa vurub. Apasport.az saytının məlumatına görə, idmançımız həlledici görüşdə İran təmsilçisi Əhməd Məhəmmədi ilə üz-üzə gəlib.

 

16:13 hesabı ilə qalib gələn Əzizov İslamiadanın çempionu adına yiyələnib.

 

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn taekvondoçumuza qızıl medalı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb. 

 

0