SİZİN REKLAM BURADA

“Qəbələ” “Milan”la qarşılaşacaq

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Ülfət Mədətovun baş məşqçisi olduğu U-13 İtaliyanın Rimini şəhərində təşkil edilən Flavio Perottinin xatirəsinə həsr olunan 14-cü turnirdə qüvvəsini sınayacaq.

 

Mayın 18-22-də baş tutacaq yarışda 24 komanda mübarizə aparacaq. 1-ci mərhələdə A qrupunda yer alan “qırmızı-qaralar” mayın  19-da “Milan”, ardınca “Spal 2013” ilə qarşılaşacaq. “Qəbələ” ertəsi gün “Kapilan Pallo” ilə görüşəcək.

 

Komandamızın növbəti mərhələdəki rəqibləri isə qrupda tutacağı yerdən asılı olacaq. “Qırmızı-qaralar” Apennin yarımadasına 18 futbolçu ilə yollanıb. Heyətdə Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Səid Ağazadə, İxtiyar Mamıyev, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Elmir Qələndərov, Sahil Həsənov, Nuqay Rəşidov, Qədir Mustafayev, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov və Tofiq Bayramov yer alıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 2 2 0 0 5-1 6

2.

Qarabağ

2

2 0 0 4-1 6

3.

Qəbələ

2

2 0 0 3-1 6

4.

Səbail

2 1 0 1 2-2

3

5.

Sumqayıt

2

1 0 1 2-2 3

6

İnter

2

0 0 2 1-3 0

7.

Neftçi

2

0 0 2 1-4 0

8.

Kəpəz

2 0 0 2 1-5 0
               

 

Top 10