[b]İdmançımızı Mehriban Əliyeva mükafatlandırdı[/b]
19.05.2017 - 18:55
[b]İdmançımızı Mehriban Əliyeva mükafatlandırdı[/b]

IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yığmamıza ilk qızıl medalı Mahir Əmiraslanov qazandırıb. Apasport.az saytının məlumatına görə, 57 kq çəkidə mübarizə aparan pəhləvanımız bütün rəqiblərini üstələyib.

 

Həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşən Mahir 5:4 hesablı qələbə qazanıb.

 

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əmiraslanova qızıl medalı Azərbaycanın I vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb. 

 

0