[b]İslamiada: Azərbaycan – Oman oyununun vaxtı dəyişdirildi[/b]
19.05.2017 - 19:01
[b]İslamiada: Azərbaycan – Oman oyununun vaxtı dəyişdirildi[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən futbol yarışının təqvimində dəyişiklik edilib. Yarışın əməliyyat komitəsindən apasport.az saytına verilən məlumata görə, turnirin final matçı nəzərdə tutulduğundan gec başlayacaq.

 

Belə ki, Azərbaycan və Oman milliləri arasında mayın 21-də keçiriləcək qarşılaşma saat 20:00-da deyil, 21:00-da start götürəcək. Buna səbəb kimi teleyayım və azarkeşlərin daha çox gəlməsini təmin etmək göstərilib.

 

Qeyd edək ki, final matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

0