[b]9 ildən sonra doqquzuncu çempionluq[/b]
20.05.2017 - 11:11
[b]9 ildən sonra doqquzuncu çempionluq[/b]

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin son günündə final qarşılaşması baş tutub.

 

Final mərhələsi Xorvatiyada keçirilən çempionatın həlledici matçında İspaniya və İngiltərə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Matçın gedişində hesabda iki dəfə geri düşən İspaniya oyunsonrası penaltilər seriyasında çempionluğu bayram edib – 4:1.

 

Qeyd edək ki, bunadək sonuncu dəfə 2007/08 mövsümündə çempionluq yaşayan pireneylilər yarışın tarixində 9-cu qızıl medalı qazanıb.

 

 

0