[b]Eddi İsrafilov üçün 15 dəqiqə, komandası La Liqa yolunda[/b]
21.05.2017 - 01:03
[b]Eddi İsrafilov üçün 15 dəqiqə, komandası La Liqa yolunda[/b]

İspaniya Sequndasında XXXIX tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” evdə “Kordoba”yla qarşılaşıb.

 

Görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran komandalar 1:1 hesablı bərabərliyə razılaşıblar.

 

Matça ehtiyat oyunçular skamyasında İsrafilov oyunun sonuna 15 dəqiqə qalmış meydana daxil olub.

 

Qeyd edək ki, 39 oyundan sonra hesabında 60 xal olan “Kadis” 22 komanda arasında 5-ci pillədə qərarlaşıb. Sona 3 tur qalmış “sarılar”ın La Liqaya çıxmaq üçün pley-offlarda çıxış etmək şansları davam edir.

0