[b]İslamiada: Sinxron suyatullanmada gümüş medal qazandıq[/b]
21.05.2017 - 20:05
[b]İslamiada: Sinxron suyatullanmada gümüş medal qazandıq[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, millimizin növbəti “qənimət”i suyatullanma yarışından gəlib.

 

Kişilərin 10 metr platforma sinxron yarışında Artyom Danilov və Dmitri Sorokin cütü mübarizəni ikinci pillədə başa vurub.

 

İdmançılarımız iranlı rəqiblərindən geri qalsalar da, iraqlı rəqiblərindən üstün olublar.

 

Qeyd edək ki, bununla da Oyunlarda suyatullanma yarışlarına yekun vurulub.

0