[b]Fərid Cəlalov “gümüş heyət”i qorudu[/b]
23.05.2017 - 09:52
[b]Fərid Cəlalov “gümüş heyət”i qorudu[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Fərid Cəlalov dünya çempionatının seçmə mərhələsinə 15 voleybolçu sifariş edib.

 

Gənc mütəxəssis İslam Həmrəyliyi Oyunları ilə müqayisədə ciddi dəyişiklik etməyib. O, İslamiadada gümüş medal qazanan Bartlomiej Lipinski, Yusuf Ərdəm və Milos Hebdanın əvəzinə Aqil Əlizadə, Vadim Kutukov, Elmin Alışanov və Asif Əliyevi komandaya çağırıb.

 

Yığmamızın heyəti:

1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.

 

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində yığmamız Türkiyə, Almaniya, Ukrayna, İslandiya və Fransa ilə oynayacaq. Mayın 24-28-də baş tutacaq matçlara sonuncu ölkə ev sahibliyi edəcək. 

0