[b]Qriqorçuk yenidən Kiyev “Dinamo”sunun hədəfində[/b]
23.05.2017 - 12:08
[b]Qriqorçuk yenidən Kiyev “Dinamo”sunun hədəfində[/b]

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun adı yenidən Kiyev “Dinamo”su ilə birgə hallanıb. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Ukraynanın sportanalytic.com saytı yayıb.

 

Xəbərdə qeyd edilib ki, Ukrayna Premyer Liqasında çempionluq yarışında Donetsk “Şaxtyor”undan geri qalan “Dinamo”da rəhbərlik baş məşqçi dəyişikliyini planlaşdırır. Paytaxt təmsilçisinin sahibi İqor Surkis isə bu posta məhz Qriqorçuku gətirmək niyyətindədi. Hətta 52 yaşlı mütəxəssisin “Qəbələ” ilə yeni 1 illik müqavilə imzaladığı, buna baxmayaraq, “Dinamo”nun təzminat haqqını belə, ödəməyə hazır olduğu yazılıb.

 

Qeyd edək ki, Sergey Rebrovun çalışdırdığı “Dinamo”da bir müddət əvvəl baş məşqçi postuna “Dnepr”in çalışdırıcısı Dmitro Mixaylenkonun adı çəkilirdi.

0