[b]“Barselona”ya görə klubundan ayrıldı[/b]
24.05.2017 - 09:52
[b]“Barselona”ya görə klubundan ayrıldı[/b]

“Atletik” baş məşqçisi Ernesto Valverde ilə yollarını ayırıb. Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

53 yaşlı mütəxəssis bu gün məsələ ilə bağlı mətbuat konfransı keçirəcək. Valverdenin Bilbao klubundan ayrılma səbəbi isə “Barselona” ilə anlaşmasıdı. Belə ki, o, həftəsonu Kataloniya klubunun yeni baş məşqçisi kimi təqdim ediləcək.

 

“Barsa” rəhbərliyi mayın 27-də baş tutacaq İspaniya Kral Kubokunun finalından 1 gün sonra Valverde ilə 2+1 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, “Atletik” La Liqada mövsümü 7-ci pillədə başa vurub.

0