[b]Renat Dadaşovun komandasında qeyri-adi cəza[/b]
24.05.2017 - 17:25
[b]Renat Dadaşovun komandasında qeyri-adi cəza[/b]

Millimizin futbolçusu Renat Dadaşovun yenicə peşəkar müqavilə bağladığı “Ayntraxt” klubu qeyri-adi cəza ilə gündəmə gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Frankfurt təmsilçisinin oyunçusu Gilyermo Varela döymədən istifadə etdiyi üçün komandadan göndəriləcək.

 

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan və “Ayntraxt”da icarə əsasında çıxış edən Varela baş məşqçi Niko Kovaçın xəbərdarlığına baxmayaraq, sağ qoluna döymə vurdurub. Bu isə onun bədəninə infeksiya düşməsinə səbəb olub.

 

Klub bu hərəkətin bağışlanılmaz olduğunu bəyan edib və uruqvaylını komandadan uzaqlaşdırıb: “Məşqçinin və həkimin xəbərdarlıqlarına baxmayaraq, Varelanın bu addımı atması qəbuledilməzdi. Onu komandada saxlamağı düşünürdük. Lakin bu hadisədən sonra futbolçunun komandada qalması qeyri-mümkündü. Futbolçuya böyük cəza verəcəyik”.

 

Maraqlıdı ki, 24 yaşlı müdafiəçinin döyməsi bir neçə seansdan sonra tamamlanacaq. Futbolçular bu cür döymələri mövsüm başa çatdıqdan sonra istirahət zamanı vurdururlar.

 

Qeyd edək ki, bu cəzadan sonra Varela mayın 27-də Dortmund “Borussiya”sına qarşı keçiriləcək Almaniya kubokunun final matçını buraxacaq.

0