[b]Emin Mahmudov “Boavişta”da qalır?[/b]
25.05.2017 - 00:54
[b]Emin Mahmudov “Boavişta”da qalır?[/b]

Portuqaliyanın “Boavişta” klubu yay planları haqqında açıqlama yayıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Emin Mahmudovun çıxış etdiyi komanda toplanışa 15 oyunçu dəvət edib.

 

Rusiya mətbuatında klubdan ayrılacağı haqqında xəbərlər gedən millimizin üzvü də 15 nəfərlik ilkin heyətə daxil edilib. Bu isə onun komandada qalacağı ehtimallarının artması deməkdir.

 

Qeyd edək ki, iyunun 29-da bir araya gələcək futbolçular iyulun 2-ə qədər tibbi müayinədən keçəcəklər. Ardınca isə ilk təlim-məşq toplanışına start veriləcək. 

0