[b]“Qalatasaray” “Marsel”in bombardiri ilə anlaşdı[/b]
25.05.2017 - 11:40
[b]“Qalatasaray” “Marsel”in bombardiri ilə anlaşdı[/b]

“Qalatasaray” “Svensi”nin hücumçusu Batefimbi Qomislə anlaşıb. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Fransanın “Ekip” qəzeti yayıb.

 

Arxada qalan mövsümü icarə əsasında “Marsel”də keçirən 32 yaşlı forvard Fransa klubunda qalmayıb. “Monako”dan Valer Jermen və ya “Arsenal”dan Olivye Jurunu transfer etməyi planlaşdıran “Marsel” rəhbərliyi Qomisi “Svensi”yə qaytarıb. Bu qərar isə futbolçunu xeyli təəccübləndirib. 2016-17 mövsümündə ümumilikdə 34 matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan və “Marsel”in bombardiri olan Fransa millisinin sabiq üzvü kifayət qədər yaxşı çıxış etdiyini düşünür: “Bundan da böyük tələblə üzləşməyim gözlənilməz oldu”.

 

“Svensi”yə dönməyi də düşünməyən oyunçu “Qalatasaray”ın təklifini qəbul edib. Qomis “cim-bom”un ilinə 3 milyon avroluq maaş təklifinə “hə” cavabını verib. İndi qalır “Svensi” ilə ortaq məxrəcə gəlmək. Türkiyə təmsilçisi qarşı tərəflər danışıqlara artıq start verib.

 

Qeyd edək ki, 2014-cü ildən “Svensi”yə məxsus olan Batefimbi Qomisin Premyer Liqa klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

0