[b]Rəşad Sadıqovun komandası üçün 37 mümkün rəqib[/b]
25.05.2017 - 14:40
[b]Rəşad Sadıqovun komandası üçün 37 mümkün rəqib[/b]

UEFA Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın daha 10 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqiblərinin sayı bununla da 37-yə çatıb.

 

Bu komandalar hazırda iki qrupa bölünür. Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19-un rəqibləri həm Çempionlar Liqası, həm də Çempionlar yolu ilə müəyyənləşə bilər.

 

Ağdam təmsilçisinin əsas komandası qitənin ən nüfuzlu klub turnirində qrupa düşsə, U-19 Çempionlar Liqası yolunda oynayacaq. Komandamız 32 klubun qatıldığı qrup mərhələsində oynayacaq. Burada iştirak edəcək 32 komandadan 20-si bəllidi.

 

“Borussiya” (Dortmund, Almaniya), “Mançester Siti” (İngiltərə), “Mançester Yunayted” (İngiltərə), “Yuventus” (İtaliya) və “Anderlext” öncədən vəsiqəni təmin edən 15 kluba qoşulub. Bunlar “Real” (İspaniya), “Barselona” (İspaniya), “Atletiko” (İspaniya), “Bavariya” (Almaniya), “Leypsiq” (Almaniya), “Çelsi” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Monako” (Fransa), PSJ (Fransa), “Spartak” (Moskva, Rusiya), “Benfika” (Portuqaliya), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), "Feyenoord" (Hollandiya) və “Bazel”di (İsveçrə).

 

U-19 əsas komandası qrupa çıxmayacağı halda, Çempionlar yolunda mübarizə aparacaq. Buradakı mümkün 31 rəqibdən 17-si məlumdu. “Lokomotiv” (Gürcüstan), “Zimbru” (Moldova), “Brodaraç” (Serbiya), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan) və “Ayaks” (Hollandiya) xeyli əvvəldən bəlli olan 14 komandaya qoşulub. Bunlar “Krasnodar” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Bursaspor” (Türkiyə), APOEL (Kipr), “Lokomotiva” (Xorvatiya), “Hammarbü” (İsveç), “Molde” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan) və “Breydablik” (İslandiya) klublarıdı.

 

0