Təmizlik başladı: İki oyunçu Mançesterdən ayrılır
25.05.2017 - 21:13
Təmizlik başladı: İki oyunçu Mançesterdən ayrılır

“Mançester Siti” mövsümün başa çatması ilə birlikdə heyətində təmizliyə start verib. Apasport.az saytının məlumatına görə, ilk etapda iki oyunçunun başa çatan müqaviləsi yenilənməyib.

 

Argentinalı qapıçı Villi Kabalyero bundan sonra mavi formada meydana çıxmayacaq. 2014-cü ildə “Malaqa”dan transfer edilən “çərçivə qoruyucusu” ötən mövsüm 27 oyunda meydana çıxıb. Ümumilikdə komanda ilə 48 matç keçirən dəri əlcək sahibi karyerasını başqa klubda davam etdirəcək.

 

“Şəhərlilər”i tərk edəcək ikinci oyunçu isə Baqari Sanya olacaq. 2014-cü ildə “Arsenal”ı “Mançester Siti”yə dəyişən fransız müdafiəçi ilə də yeni müqavilə imzalanmayıb.

 

Qeyd edək ki, 34 yaşlı futbolçu mavi forma ilə bu mövsüm 25, ümumilikdə isə 86 matça çıxıb. 

0