[b]“Borussiya” titulsuz qalmadı[/b]
28.05.2017 - 00:55
[b]“Borussiya” titulsuz qalmadı[/b]

Almaniya Kubokunda qalib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, finalda “Ayntraxt”la “Borussiya” üz-üzə gəlib.

 

Görüşdə hesabı Usman Dembele açıb. Fransalı hücumçu 8-ci dəqiqədə dortmundluları önə keçirib. Rebiç 21 dəqiqə sonra bərabərliyi təmin etsə də, Obameyanq komandasının mövsümü titulsuz başa vurmasına icazə verməyib.

 

Qabonlu futbolçu 67-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək görüşün nəticəsini elan edib.

 

Bundesliqanı 3-cü pilləni başa vuran “Borussiya” ölkə kubokuna sahib çıxmaqla mövsümü mükafatsız bitirməyib. 

0