[b]“Barselona”da yeni müqavilə[/b]
29.05.2017 - 16:37
[b]“Barselona”da yeni müqavilə[/b]

“Barselona” rəhbərliyi komandanın daha bir əsas heyət üzvü ilə yeni müqavilə imzalayıb. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu Mark-Andre ter Ştegenin sözləşməsinin müddətini uzadıb.

 

Razılaşmaya əsasən, 25 yaşlı qolkiper 2022-ci ilə qədər “Barsa”nın formasını geyinəcək.

 

Qeyd edək ki, Mönxenqladbax “Borussiya”sının yetirməsi olan Ştegen 2014-cü ildən “Barselona”nın uğurları üçün çalışır. O, 2012-ci ildən dəvət aldığı Almaniya yığmasında 9 oyun keçirib.

0