[b]Adams Vengeri istefaya səsləyir: Pulla qəribə əlaqələri var[/b]
30.05.2017 - 12:09
[b]Adams Vengeri istefaya səsləyir: Pulla qəribə əlaqələri var[/b]

“Qranada”nın baş məşqçisi Toni Adams “Arsenal”dakı həmkarı Arsen Vengerə növbəti dəfə söz atıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Adams keçmiş məşqçisini istefaya səsləyib.

 

“Qəbələ”nin sabiq çalışdırıcısı fransalının “Arsenal”dan başqa komandada işləyə bilməyəcəyini iddia edib: “Venger deyir ki, “Arsenal”a görə, bütün təkliflərdən imtina edər. Amma başa düşür ki, “Real”da cəmi 1 ildən sonra qovular və klubları bir-bir gəzər. “Arsenal”da dominantlıq edir. Rəhbərlik heç nə demir və istədiyini edir. Düşünmürəm ki, Arsen bundan imtina edər. Bu, narkotika kimidi”.

 

1996-2002-ci illərdə London klubunda Vengerin rəhbərliyi altında çıxış etmiş 51 yaşlı mütəxəssis onu pulgirlikdə günahlandırıb: “Onun pulla qəribə əlaqələri var. Vengerin “Arsenal”da illik məvacibi 8 milyon funt-sterlinqdisə, əvəzedici komandanın çalışdırıcısı 30 min qazanır. “Çelsi”də isə əvəzedicilərin məşqçisi 90 min alır. Arsen 7 milyonu özünə götürür. Qalan məbləğ isə köməkçilərinin maaşları üçün ayrılır. O, pulunu dostları ilə əyləncələrdə xərcləmir. Çünki İngiltərədə dostu yoxdu. Sadəcə, Fransada bir neçə yoldaşı var. Ona görə kədərlənirəm”.

 

Qeyd edək ki, Toni Adams 2010-11 mövsümündə “Qəbələ”ni çalışdırıb.

0