[b]Filip Ozobiç Xorvatiyada rəmzi “11-lik”də[/b]
30.05.2017 - 15:26
[b]Filip Ozobiç Xorvatiyada rəmzi “11-lik”də[/b]

“Qəbələ”nin futbolçusu Filip Ozobiçin Azərbaycandakı çıxışları Xorvatiyada da diqqətdən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, balkanlılar onu ötən mövsümün rəmzi yığmasına da layiq bilib.

 

Söhbət Çempionlar Liqasına düşməyən, aparıcı ölkələrin çempionatlarından uzaqda çıxış edən, həmçinin millinin əsas siması sayılmayan legionerlərdən gedir. Təkcə Avropanın deyil, az qala dünyanın hər liqasına oyunçu ezam edən xorvatiyalılar “kölgədə qalan” ən yaxşı təmsilçilərindən də “11-lik” tərtib etməyi bacarıb. Əla mövsüm keçirdikləri qeyd olunan bu oyunçular arasında Premyer Liqamızın təmsilçisi də var.

 

11 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Filip də ən yaxşıları arasında yer alıb. Onunla eyni komandada İvan Rados (“Dioşdyor”, Macarıstan), Matey Yonçiç (“Çerezo Osaka”, Yaponiya), İvan Runye (“Yagelloniya”, Polşa), Antonio Miliç (“Ostende”, Belçika), Karlo Bruçiç (“Aşdod”, İsrail), Yosip Brezovaç (“Şerif”, Moldova), Marin Lyubiçiç (“Streda”, Slovakiya), Filip Krovinoviç (“Rio Ave”, Portuqaliya), Anton Maqlika (“Apollon”, Kipr), Stipe Plazibat (“Home Yunayted”, Sinqapur) də seçilmişlərdəndi.

0