[b]“Əsas matçımız hollandlara qarşı olacaq” – millimizin oyunçusu[/b]
01.06.2017 - 11:56
[b]“Əsas matçımız hollandlara qarşı olacaq” – millimizin oyunçusu[/b]

“Arzuladığımız nəticəni qazandıq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kristina Yaqubova deyib.

 

Yığmamızın 21 yaşlı toppaylayıcısı dünya çempionatının seçmə mərhələsində Ukraynaya 3:0 hesabı ilə qalib gəldiyimiz oyundan danışıb. O bildirib ki, əsas rəqiblərindən birini sıradan çıxarsalar da, Hollandiya ilə matç da gərgin keçəcək: “Bilirdik ki, çətin rəqiblə oynayacağıq. Oyunumuzu lazımınca göstərə bildik. Hollandiya ilə görüşə qədər 2 qarşılaşmamız var. Ancaq əsas matçımız hollandlara qarşı olacaq”.

 

Qeyd edək ki, Azərbaycan Hollandiya ilə iyunun 3-də üz-üzə gələcək. 

0