[b]Cüdo yığmamız Buxarestə gedir[/b]
01.06.2017 - 14:37
[b]Cüdo yığmamız Buxarestə gedir[/b]

İyunun 3-də Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə açıq Avropa Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Məşqçilər korpusu Buxarestə 13 kişi və 3 qadın idmançını sınamaq qərarını veriblər. Onlar yarışda Rasim Alməmmədov, Sadiq Məhərrəmov (hər ikisi 60 kq), Tərlan Kərimov, Orxan Hacıağalı (hər ikisi 66 kq), Hüseyn Rəhimli, Telman Vəliyev (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Tural Səfquliyev, Firudin Dadaşov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Cəlil Şükürov (hər ikisi 100 kq), İsa Hüseynov (+100 kq), Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq) və Xanım Hüseynovaya (63 kq) şans verəcəklər.

 

Turnirə isə ümumilikdə 31 ölkədən 438 (287 kişi, 151 qadın) cüdoçunun gəlməsi gözlənilir.

 

 

 

 

 

0