[b]“Həmişə birlikdə olmağı bacardıq” – Kseniya Poznyak[/b]
04.06.2017 - 14:37
[b]“Həmişə birlikdə olmağı bacardıq” – Kseniya Poznyak[/b]

“Əl-ələ, arxa-arxaya verib mübarizə etdik. Yorulduq, çətinliklər də oldu, ancaq gündən-günə hədəflərimizə daha da yaxınlaşdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə milli komandamızın üzvü Kseniya Poznyak deyib.

 

DÇ-2018-in seçmə mərhələsinin Bakıda keçirilən E qrupunda bütün rəqiblərinə set vermədən qalib gələn yığmamızın voleybolçusu sevincini bölüşüb.

 

O, bir ailə kimi mübarizə apardıqlarını xüsusi vurğulayıb: “Ağladıq, güldük, buna baxmayaraq nə olursa, olsun həmişə birlikdə olmağı bacardıq. Çünki biz bir komandayıq. Belə yaxşı bir komanda, ailə olduğumuz üçün bütün yoldaşlarıma, hər kəsə təşəkkür edirəm, onların hər birini sevirəm”.

0