[b]“Nar şahzadəsi” müəyyənləşdi - FOTOSESSİYA[/b]
05.06.2017 - 16:50
[b]“Nar şahzadəsi” müəyyənləşdi - FOTOSESSİYA[/b]

Göyçayda bədii gimnastika üzrə keçirilən “Nar şahzadəsi” adlı respublika turniri başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, yarışın açılış mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Olimpiya İdman Kompleksinin direktoru Pərviz Məmmədov çıxış edərək, son illər ölkəmizdə gimnastika üzrə mötəbər yarışların keçirilməsindən, yığmamızın dünya və Avropa çempionatlarında əldə etdiyi uğurlardan söz açıblar.

 

Federasiyanın regional yarışların təşkili üzrə məsul işçisi Rəşid Məmmədovla Göyçay Olimpiya İdman Kompleksinin gimnastika bölməsinin rəhbəri Sultan İbrahimzadə bildiriblər ki, hazırda 10 şəhər və rayonda Azərbaycan Gimnastika Federasiyasının yeni bölmələri fəaliyyət göstərir. Məlumat verilib ki, “Nar şahzadəsi” adlı Göyçay açıq birinciliyində 9 komanda üzrə 72 gimnast mükafatlar uğrunda mübarizə aparır.

 

Çıxışlardan sonra dövlət himni səsləndirilib və yarışlara start verilib. Turnirdə 2007-2008, 2008-2009 və 2010-2012-ci il təvəllüdlü gimnastlar alətsiz, ip, halqa və top ilə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər. Yarışda ilk üç yeri tutan idmançılara medal və diplom verilib, qalib gimnastlara isə “Nar şahzadəsi” adlı tac təqdim olunub.

 

Qaliblərin mükafatlandırılması mərasimindən sonra ən yaxşı gimnastların, eləcə də, Göyçay Olimpiya İdman Kompleksinin təmsilçilərinin ifasında qala-konsert olub.

 

Qeyd edək ki, hazırda Göyçay Olimpiya İdman Kompleksinin gimnastika bölməsində 40-a yaxın 3-12 yaşlı uşaq məşq edir.

 

0