[b]İlk gündə medal olmadı[/b]
08.06.2017 - 16:46
[b]İlk gündə medal olmadı[/b]

Qəbələdə güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə mükafatçılar sırasında Azərbaycan snayperləri yer almayıblar.

 

Belə ki, Qəbələ Stend və Ox Atıcılığı Kompleksində 10 m məsafədən atəş açmada Əli Məcidli 71-ci olub. Digər idmançımız Qüdrət Rizvanov isə start xəttinə çıxmayıb.

 

Qadınların 10 m məsafədən hədəfi nişan almasında Jalə Bayramova 28-ci, Xəyalə Hüseynli 65-ci və Nəzrin Salamzadə 69-cu yeri tutub.

 

25 m məsafədən atəş açmada Zərifə Qasımova 40-cı, Nigar Nəsirova 44-cü olub.

 

Qeyd edək ki, iyunun 14-dək davam edəcək yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. 

0