Tokio-2020-ni proqramında dəyişikliklər rəsmiləşdi – Medal sayı artırıldı

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 3 il sonra baş tutacaq yarışda 15-dən çox medal dəstinin artırılmasına icazə verib.

 

Yeni proqrama əsasən gənclər, şəhəriçi və qarışıq yarışların sayı da artırılıb, qadın idmançıların sayında dəyişiklik edilib. Bu, ümumilikdə 285 atletin azaldılması hesabına baş verib. Yəni kişi idmançıların sayı qadınların xeyrinə azaldılıb. BOK bunu gender bərabərliyinin qorunması ilə izah edib.

 

Belə ki, Tokio-2020-də basketbolun 3X3 növü üzrə də mükafatlar veriləcək. Gənclərdən ibarət 32 qadın və 32 kişi idmançı Tokio-2020-nin qalibi adı uğrunda gücünü yoxlayacaq. Həmçinin skeytbordinq, BMX fristayl və idman qayayadırmanmasında da idmançılar nəyə qadir olduqlarını göstərəcəklər.

 

Qarışıq yarışlarda da say 9-dan 18-ə qaldırılıb. Bu səbəbdən atıcılıq, avarçəkmə, sərbəst və qadın güləşi, cüdo, ağırlıqqaldırma, yelkənli idman və velosiped idmanında dəyişiklər rəsmiləşib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10