[b]Xorvatiya millisinin kapitanı “Fənərbaxça”da - FOTO[/b]
10.06.2017 - 12:22
[b]Xorvatiya millisinin kapitanı “Fənərbaxça”da - FOTO[/b]

“Fənərbaxça” heyətini yeni voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, yığmamızın hücumçusu Polina Rəhimovanı rənglərinə bağlayan “sarı-lacivərdlilər” Mia Jerkovla da anlaşıblar.

 

Son mövsümü “Çanakkala Bld” klubunda oynayan 192 sm boya malik xorvatiyalı ən azı 1 il “Fənərbaxça”nın uğurları üçün çalışacaq. Xorvatiya millisinin kapitanının Rəhimova kimi hücumçu olduğunu nəzərə alsaq, onlar arasında rəqabətin gedəcəyini də proqnozlaşdırmaq mümkündü.

 

Qeyd edək ki, Türkiyə çempionu yeni ildə Çempionlar Liqasında, həmçinin yerli çempionat və kubokda medallara iddia edəcək. 

0