[b]Ruslan Lunyov Qəbələdə start xəttinə çıxmadı[/b]
12.06.2017 - 10:11
[b]Ruslan Lunyov Qəbələdə start xəttinə çıxmadı[/b]

Qəbələdə keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün başa çatacaq yarışda artıq 8 dəst medal öz sahibini tapıb.

 

Mükafatçılar sırasında isə hələlik yığmamızın heç bir snayperi yoxdu. Belə ki, 25 m məsafədə uğursuz çıxış edən millimizin lideri Ruslan Lunyov 10 m məsafədən atəş açmada hədəf önünə keçməli olsa da, o, starta çıxmayıb. Bu məsafədə dəqiqliyini yoxlayan Tahir Əhmədzadə 56-cı, Rəhim Rəhimov 58-ci yeri tutub.

 

Qadın idmançılar arasında 10 m məsafəyə atəş açmada da nəinki medal qazanan, heç finala yüksələn təmsilçimiz olmayıb. İslamiadanın qalibi Nigar Nəsirova 20-ci yerdə qərarlaşdığı halda, Zərifə Qasımova 38-ci, Nəzrin Abbaslı sonuncu – 55-ci olub.

 

Qeyd edək ki, Abbaslıyadək Rəhim Rəhimov 55 nəfər arasında (50 m) elə 55-ci olmuşdu.  

0