[b]“Parma”: Zirzəmidən zirvəyə doğru[/b]
17.06.2017 - 23:07
[b]“Parma”: Zirzəmidən zirvəyə doğru[/b]

“Parma” B seriyasına yüksəlib. Apasport.az saytının məlumatına görə, C seriyasının pley-off matçlarının finalında “Alesandriya” ilə qarşılaşan komanda 2:0 hesablı qələbəyə sevinib.

 

Bu qalibiyyət sayəsində adını bir üst liqaya yazdıran “sarı-mavilər” son illərdəki yüksəlişini davam etdirib.

 

Qeyd edək ki, 2015-ci ildə müflis elan olunaraq İtaliyanın səviyyəcə 4-cü çempionatı olan D seriyasına göndərilən “Parma” son iki ildə ikinci dəfə bir yüksək liqaya çıxa bilib. 

0