Baş məşqçi əsəbləşdi, oyunçuya “kəllə atdı” - VİDEO

İspaniya Sequndasında futbolda nadir halda rast gəlinən hadisələrdən biri baş verib. Apasport.az saytının məlumatına görə, “Hueska”nın baş məşqçisi Xuan Antonio Ankela komandanın yarımmüdafiəçisi David Lopeslə dalaşıb.

 

Hadisə La Liqaya vəsiqə əldə etmək üçün “Xetafe” ilə keçirilən pley-off matçı (0:3) zamanı baş verib.

 

55-ci dəqiqədə Lopezi əvəzləyən Ankela narazılıqla üzləşib. Mütəxəssis də buna cavab olaraq, yarımmüdafiəçini başla vurub.

 

O, sonradan hərəkətini belə izah edib: “Oyunçular elə bilirlər ki, ağıllarına nə gəlirsə, danışa bilərlər. O, mənə narazılığını bildirdi, mən də ona. Bu da normal haldı. Belə hadisə nə birinci dəfə yaşanır, nə də sonuncu”.

 

Qeyd edək ki, “Xetafe” 2 oyunun nəticəsinə görə (0:0, 3:0) pley-offun finalına yüksəlib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10