[b]“Neftçi”&“Forza Neftçi” - buz əridi[/b]
19.06.2017 - 14:08
[b]“Neftçi”&“Forza Neftçi”  - buz əridi[/b]

“Neftçi” komandası ilə “Forza Neftçi” fan-klubu arasındakı buzlar əriyib. Apasport.az saytının məlumatına görə, tərəflər dünən iftar süfrəsi arxasında bir araya gəliblər.

 

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin də iştirak etdiyi görüşdə komandanın qarşıdakı mövsümlə bağlı planları müzakirə edilib. Müsbət ab-havada keçən görüşdə bir növ küsülülər barışıb, komanda ilə azarkeşlər bir yumruq kimi birləşmək qərarına gəliblər. “Forza Neftçi” fan-klubu gələn mövsüm “ağ-qaralar”dan dəstəyini əsirgəməyəcək.

 

Qeyd edək ki, ötən mövsümdəki uğursuz nəticələr ucbatından “Forza Neftçi” fan-klubu komandanın bir neçə oyununu boykot etmişdi.

0