SİZİN REKLAM BURADA

“Qarabağ” Qafqazın ən güclü, ən yaxşı komandasıdı” - Axalkatsi

“Komandaların son illərdəki nəticələrini və hazırkı durumunu nəzərə alsaq, “Qarabağ”ın növbəti mərhələyə adlamaq şansı daha çoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında gürcüstanlı FİFA meneceri David Axalkatsi deyib.

 

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

 

Baş tutacaq oyunlarla bağlı danışan Axalkatsi şansları dəyərləndirib. Menecer Ağdam klubunun daha güclü olduğunu etiraf edib: “Azərbaycan futbolunu izləməyə çalışıram. “Qarabağ” haqda məlumatım var. Bilirəm ki, Avropa səviyyəli, yaxşı komandadı. Müntəzəm olaraq, avrokuboklarda iştirak edir. Bu mənada, “Qarabağ”ı güclü rəqib hesab edirəm. Amma futbolda istənilən komandanın, o cümlədən “Samtredia”nın mərhələ keçmək şansı var. Gürcüstan təmsilçisi yaxşı taktika, ağıllı strategiya, rəqibi düzgün qiymətləndirmək, özünün üstün tərəflərindən istifadə etmək və “Qarabağ”ın zəif cəhətlərini tapmaqla mərhələ keçə bilər”.

 

Axalkatsi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qəbələ” – “Samtredia” matçlarını yada salıb. Bundan əlavə, o, “Qarabağ”ı son illərdə Qafqazın ən güclü komandası adlandırıb: “Samtredia”nın keçən mövsüm “Qəbələ” ilə oyunlarını izləmişdim. Həmin vaxt təmsilçiniz layiqli şəkildə mərhələ adlamışdı. Onlar iki görüşün nəticəsinə əsasən, mübarizəni davam etdirən tərəf olmuşdular. Hazırkı “Samtredia” fərqlidi, oyunçular dəyişib. İndiki “Samtredia”nın əvvəlkindən güclü və ya zəif olduğunu demək isə çətindi. Komandanın səviyyəsi meydanda bilinəcək. Güclü tərəf mərhələ adlayacaq. SSRİ dövründə Gürcüstan təmsilçilərinin böyük üstünlüyü var idi. Son illərdə isə üstün tərəf Azərbaycan komandalarıdı. “Qarabağ”ı avrokuboklardakı nəticələrinə görə son illərdə Qafqazın ən yaxşı, ən güclü komandası adlandırmaq olar”.

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220