[b]“Zirə”ni gözləyən sürpriz[/b]
19.06.2017 - 17:43
[b]“Zirə”ni gözləyən sürpriz[/b]

Bu gün avrokubokların ilk 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 39, Avropa Liqasında isə 116 komanda ilk rəqiblərini tanıyıb.

 

İsveçrənin Nyon şəhərindəki tədbir həm də növbəti püşkatma ilə bağlı ehtimallara əsas verib. İyulun 14-də baş tutacaq III təsnifat mərhələsinin püşkündə isə 2-ci raundun cütləri də iştirak edəcək.

 

Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında “Qəbələ”nin II təsnifat mərhələsindən mübarizəyə başlaması onların həmin püşkatmaya da qatılması anlamına gəlir. Ağdamlılar əmsalına görə (18,050) həmin tədbirdə səpələnmişlərdən olacaq. Qəbələnin eyniadlı klubu (7,800) isə səpələnməmişlər sırasında yer alacaq.

 

Avropa Liqasına I təsnifat mərhələsindən başlayacaq “İnter”lə “Zirə” həmin püşkdə iştirak üçün ilk səddi adlamalıdı. “İnter” Serbiya “Mladost”unu, qəsəbə təmsilçisi Lüksemburq “Differdanj”ını keçsə, III təsnifat mərhələsinin püşkatmasında cütlük şəkildə iştirak edə biləcək.

 

“İnter” orada zəif “Fola” (Lüksemburq) – “Milsami” (Moldova) duelinin qalibi ilə cütlük təşkil edəcək. Qaydalara əsasən isə cütlük daha yüksək reytinqli komandanın əmsalına görə səpələnib-səpələnmədiyini bilir. Bu 4 komanda arasında ən yüksək əmsal “İnter”dədi. Lakin 6,050 xal III təsnifat mərhələsi üçün çox azdı və bakılılar səpələnməyəcək.

 

“Zirə” isə lüksemburqluları keçsə, püşkatmaya “Astra” ilə cütlük şəklində qatılacaq. Rumıniya klubunun əmsalı isə 17,870-ə bərabərdi. Bu isə təsnifat üçün çox yüksək rəqəmdi. Elə buna görə də “Astra” – “Zirə” və ya “Astra” – “Differdanj” cütü səpələnmiş olacaq. Bir sözlə, əmsalı cəmi 3,350-yə bərabər olan paytaxt təmsilçisini 3-cü raundda da nisbətən zəif rəqib gözləyəcək.

 

Qeyd edək ki, I təsnifat mərhələsindəki təmsilçilərimiz “İnter”lə “Zirə”nin oyunları iyunun 29-da və iyulun 6-da keçiriləcək.

 

 

0