[b]“Qəbələ” kapitanını itirdi: Bu gün Bakıya qayıdır[/b]
20.06.2017 - 17:09
[b]“Qəbələ” kapitanını itirdi: Bu gün Bakıya qayıdır[/b]

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ” ciddi itki ilə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, kapitan Cavid Hüseynov sıradan çıxıb.

 

Milli komandamızın yarımmüdafiəçisi klubun Avstriyadakı təlim-məşq toplanışı zamanı xəsarət alıb. Bir müddət komandadan uzaq qalacaq Hüseynov bu gün vətənə dönəcək. Lakin həkimlər 29 yaşlı oyunçunun durumunun ciddi olmadığını bildiriblər. Belə ki, Cavidin sadəcə, 1 həftəlik istirahətə ehtiyacı olduğu bildirilib.

 

O, Avstriyadakı hazırlığın I mərhələsi çərçivəsində iyunun 22-də “Ludoqorets”lə (Bolqarıstan) keçiriləcək yoxlama görüşündə iştirak etməyəcək. Ancaq futbolçu “qırmızı-qaralar”ın Avstriya toplanışının II mərhələsindən etibarən kollektivə qoşulacaq. Bir sözlə, Hüseynov avrokubok matçına qədər zədəsini tam sağaldacaq.

 

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Təmsilçimizin rəqibi I mərhələdəki “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi olacaq. “Qəbələ” avrokubok oyunlarını iyulun 13-də və 20-də keçirəcək.

0