[b]"Səbail” “Qarabağ”ın qapıçısı ilə müqavilə bağladı[/b]
20.06.2017 - 18:56
[b]"Səbail” “Qarabağ”ın qapıçısı ilə müqavilə bağladı[/b]

Ötən mövsümün qış fasiləsində "Səbail"ə qoşulan qapıçı Emil Balayev daha 2 il bu komandanın şərəfini qoruyacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, son 6 ayda icarə əsasında 11 oyunda meydana çıxan 23 yaşlı "çərçivə qoruyucusu" “Qarabağ”dan birdəfəlik transfer olunub.

 

Onunla 2 illik müqavilə imzalanıb.

0