[b]"Bunların üzərində çalışmalıyıq" - Qurban Qurbanov[/b]
20.06.2017 - 22:19
[b]"Bunların üzərində çalışmalıyıq" - Qurban Qurbanov[/b]

"Avstriyada ilk oyunumuz idi. Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı". Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdam təmsilçisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Rusiya Premyer Liqa təmsilçisi "Axmat"la üz-üzə gələn Azərbaycan çempionu meydanı məğlub tərk edib - 0:1.

 

Buna baxmayaraq, Qurbanov klubun rəsmi saytına açıqlamasında yetirmələrindən razı qaldığını söyləyib. O, futbolçuların istəkli olmasının vacibliyini xüsusi vurğulayıb: "Düzdü, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda futbolçularımın istəkli olması məni razı saldı”.

0