[b]“Avropa Liqasından öncə səhvlərimizi görmək vacib idi”[/b]
21.06.2017 - 09:18
[b]“Avropa Liqasından öncə səhvlərimizi görmək vacib idi”[/b]

“Bu oyun bizim üçün çox önəmli idi. Toplanışın son matçında komandamızın nə dərəcədə hazır olduğuna baxmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama matçında Rumıniyanın “Vitorul Konstanta” klubuna 1:2 hesabı ilə uduzub.

 

Klubun rəsmi feysbuk səhifəsinə görüşlə bağlı fikirlərini bildirən Abbasov bunları deyib: “Rəqib Rumıniya çempionu, güclü komanda idi. Maraqlı oyun oldu. İlk hissədə futbolçularımız tapşırıqları tam yerinə yetirməyə çalışdılar. Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin digər futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu və Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onların üzərində çalışacağıq. Artıq Türkiyədəki təlim-məşq toplanışı başa çatır. Burada taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama matçlarında sınadıq. Ümumilikdə, təlim-məşq toplanışı səmərəli keçdi. Futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı və o da Bakıda komandayla məşqlərə başlayacaq. Əsas odu ki, yeni gələn futbolçularımız tez uyğunlaşırlar. Bakıya qayıtdıqdan sonra “Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.

0