[b]“Qəbələ”nin mümkün rəqibində ayrılıq: bombardir getdi[/b]
21.06.2017 - 15:19
[b]“Qəbələ”nin mümkün rəqibində ayrılıq: bombardir getdi[/b]

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərindən “Yagelloniya” ciddi itki ilə üzləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın aparıcı futbolçusu Konstantin Vassilyev ayrılmaq qərarına gəlib.

 

2015-ci ildə “Pias”dan ayrılaraq “Yagelloniya”nın yolunu tutan 33 yaşlı hücumameyilli yarımmüdafiəçi rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. Ötən mövsüm 13 qol və 13 assistlə Polşa klubunun ən məhsuldar oyunçusu olan Estoniya millisinin üzvü gedişini belə əsaslandırıb: “Bu qərarı vermək asan olmadı. Ancaq yeni çağırışa qulaq asmaq vaxtıdı. Bu qərarı verməyin ən doğru vaxtı olduğunu düşünürəm. Burda keçirdiyim iki il karyeramın ən gözəl illərindən biri oldu”.

 

Qeyd edək ki, “Yagelloniya” Avropa Liqasının I təsnifat mərhələsində Batumi “Dinamo”su (Gürcüstan) ilə qarşılaşacaq. Bu cütün qalibi II mərhələdə “Qəbələ”yə rəqib olacaq.

0