[b]“Beşiktaş”dan ayrılır, “Mançester Yunayted”ə keçir[/b]
21.06.2017 - 16:12
[b]“Beşiktaş”dan ayrılır, “Mançester Yunayted”ə keçir[/b]

Son mövsümü icarə əsasında “Beşiktaş”da keçirən Anderson Talişka İngiltərəyə köçməyə hazırlaşır. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, transfer hüququ “Benfika”ya məxsus olan futbolçu “Mançester Yunayted”ə keçməyə çox yaxındı.

 

Belə ki, “mankunianlar”ın 23 yaşlı yarımmüdafiəçi və Portuqaliya təmsilçisi ilə ilkin razılığa gəldiyi bildirilir. İngilislər keçidin baş tutması üçün 22 milyon funt-sterlinq xərcləməyə hazırdılar.

 

Öz növbəsində “Beşiktaş” rəhbərliyi də Talişka ilə yeni müqavilə imzalamaq istəsə də, onların buna nail olacaqları inandırıcı görünmür.

 

Qeyd edək ki, Talişka “Beşiktaş”ın heyətində ümumilikdə 33 oyunda 17 qola imza atıb.

0